<-- əvvələ qayıt

"Hiquain hərdən həyəcan keçirməyə başlayır və başını itirir"

13.09.2017 21:12 | Oxunma sayı: 245
Xəbərin şəklinə bax

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Barselona" ilə oyunda (0:3) azarkeşlərə qarşı qeyri-etik jest edən Qonzalo Hiquain barədə danışıb.

Stadium.Az xəbər verir ki, italyan mütəxəsis onun emosiyaları saxlaya bilməməsi barədə bunları qeyd edib:

"Qonzalo oyuna yaxşı başladı. Amma biraz rahat olması lazımdır. Çünki hərdən həyəcan keçirməyə başlayır və başını itirir. Barselonaya gəlib "Kamp Nou"da üstün oyun göstərəcəyini düşünməməlisən".

Hiquain 87-ci dəqiqədə Fabio Kaliqaru ilə əvəzlənib. O, meydandan çıxarkən katalon azarkeşlərə təhqiramiz jest göstərmişdi.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012