<-- əvvələ qayıt

Marseloya iki oyunluq cəza

13.09.2017 21:03 | Oxunma sayı: 348
Xəbərin şəklinə bax

İspaniya Primerasının İntizam komitəsi "Real"ın müdafiəçisi Marselonu cəzalandırıb. Stadium.Az xəbər verir ki, La Liqanın 3-cü turunda "Levante"nin havbeki Cefferson Lermeyə qarşı kobudluq edən futbolçu 2 oyun diskvalifikasiya olunub.

O, rəqibinə qəsdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Bununla da, 29 yaşlı müdafiəçi "Real Sosyedad" və "Betis"lə oyunları buraxmalı olacaq.



<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012