<-- əvvələ qayıt

Rəşad Sadiqov: "Tərlan müəllim bura kollektiv ab-havası gətirib"

13.09.2017 20:54 | Oxunma sayı: 480
Xəbərin şəklinə bax

"Doğma hissdir. Üçüncü dəfədir bu komandaya qayıdıram". Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Rəşad Sadiqov "Neftçi" TV-yə  açıqlamasında deyib.

Millimizin sabiq üzvü  “Neftçi”nin heyətində yenidən Avropa Liqasının qrup mərhələsində iştirak etmək istədiyini bildirib:

"Yeddi il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq.

"Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın. 

Sadiqov Tərlan Əhmədovun komandaya baş məşqçi təyin olunmasına da münasibət bildirib:

"Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv ab-havası gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012