<-- əvvələ qayıt

Qurban Qurbanov: "Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədir"

13.09.2017 15:21 | Oxunma sayı: 483
Xəbərin şəklinə bax

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Çelsi" ilə qaşılaşdıqları oyundan (0:6) sonra britaniyalı jurnalistlərə Qarabağ haqda məlumat verib.

Stadium.Az xəbər verir ki, o, Qarabağın çox hissəsinin ermənilər tərəfindən işğal olunduğunu diqqətə çatdırıb:

"Qarabağ" bizim yaralı yerimizdir. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədir, haqsız yerə əlimizdən alıblar. Azərbaycan bayrağını tribunlarda görmək üzərimdəki təzyiqi artırmır, əksinə mənə güvən, inam verir, məsuliyyətim daha da çoxalır. Şadam ki, bu komandanın baş məşqçisiyəm. Nə qədər ağır olsa da, komandamın belə məğlubiyyətlə üzləşməsini istəməzdim. Biz azərbaycanlı kimi, “Qarabağ”da işləməkdən fəxr duyuram və əlimdən gələnin artığını etməyə çalışıram".

Quranovun mətbuat konfransının videogörüntüsünü təqdim edirik.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012