<-- əvvələ qayıt

AFFA Ayxan Abbasova xəbərdarlıq edib

13.09.2017 14:40 | Oxunma sayı: 297
Xəbərin şəklinə bax

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Premyer Liqasının IV turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə sərt etiraz edib. Buna görə Ayxan Abbasova xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Qəbələ" – “Zirə” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “İnter" – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012