<-- əvvələ qayıt

"Qızıl ayaq" mükafatına namizədlər açıqlanıb

13.09.2017 13:23 | Oxunma sayı: 244
Xəbərin şəklinə bax

2017-ci ildə "Qızıl ayaq" mükafatına iddialı olan 10 futbolçunun adı məlum olub. Stadium.Az xəbər verir ki, mükafata yaşı 28-dən az olmamaq şərtilə, futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim edilir. 

Namizədlərin siyahısına Lionel Messi, Lui Suares (hər ikisi "Barselona"nın futbolçularıdır), Kriştiano Ronaldo, Serxio Ramos ("Real"), Manuel Noyer, Aryen Robben ("Bavariya"nın təmsilçiləri), İker Kasilyas ("Porto"), Tyaqo Silva (PSJ), Yaya Ture ("Mançester Siti") və Andrea Pirlo ("Nev York Siti") daxil edilib.

Qalib səsvermə yolu ilə müəyyən ediləcək, mükafatın təqdimatı isə noyabrın 7-də Monakoda keçiriləcək.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012