<-- əvvələ qayıt

Messi Buffon tilsimini qırdı

13.09.2017 12:35 | Oxunma sayı: 202
Xəbərin şəklinə bax

“Barselona”nın futbolçusu Lionel Messi tilsimi qırıb. Stadium.Az saytı xəbər verir ki, o, karyerasında ilk dəfə italiyalı qapıçı Canluici Buffona qol vurub.

Bu, Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində keçirilmiş “Barselona” – “Yuventus” matçında baş verib. Kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Messi dubl edib.

O, 45 və 69-cu dəqiqələrdə fərqlənərək, “Barsa”nın qələbəsində əsas pay sahibi olub. Bununla da, argentinalı hücumçu Buffon qarşısında “quru seriya”ya son qoyub.

Lionel Messi ÇL-dəki qollarının sayını 96-ya çatdırıb.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012