<-- əvvələ qayıt

"Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim"

13.09.2017 12:19 | Oxunma sayı: 376
Xəbərin şəklinə bax

“Xoşbəxtəm. Bu cür debütü ancaq arzulamaq olardı”. Stadium.Az xəbər verir ki, bu sözlər “Çelsi”nin futbolçusu Davide Zappakostaya məxsusdu.

İtaliyalı müdafiəçi UEFA-nın rəsmi saytına açıqlama verib. O, Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” – “Qarabağ” matçı (6:0) haqda danışıb.

Zappakosta Azərbaycan çempionuna vurduğu qol barədə də fikirlərini bildirib: “Stemford Bric”də fərqlənməyi bacardım. Buna görə çox sevinirəm. Amma ilk növbədə, qələbə qazandığımız üçün şadam. Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim. Lakin top ayağıma yaxşı “oturduğundan”, qapıya getdi”.

25 yaşlı oyunçu ÇL-də ilk hədəflərinin qrupdan çıxmaq olduğunu vurğulayıb: “Məqsədimiz bacardığımız qədər irəli getməkdi. Bu tempdə davam edəcəyik. İlk növbədə isə qrupdan çıxmağı planlaşdırırıq”.

“Qarabağ” qrupda ikinci matçını sentyabrın 27-də “Roma”ya, “Çelsi” isə “Atletiko”ya qarşı keçirəcək.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012