<-- əvvələ qayıt

Gənclərin oyununda "Çelsi" "Qarabağ"ı darmadağın etdi

12.09.2017 18:11 | Oxunma sayı: 645
Xəbərin şəklinə bax

Bu gün "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.

Stadium.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk hissə 0:0 hesabı ilə yekunlaşıb. 49-cu dəqiqədə "Qarabağ"dan İbrarim Qədirzadə qırmızı vərəqə alıb. Bundan sonra isə komanda düz 5 cavabsız qol buraxıb. 

Beləliklə, Ağdam klubunun U-19 komandası Gənclər Liqasına acınacaqlı məğlubiyyət başlayıb.


12 sentyabr

UEFA Gənclər Liqası

"Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0 

Qollar: Hudson Odoi, 54,Makkormik, 63, 71, 74, Braun, 80

Qırmızı vərəqə: İbrarim Qədirzadə 49 ("Qarabağ")

16:05.  "Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu

Hakimlər:Robert Hennessi, Darraq Kiqan, Darren Keri,


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012