<-- əvvələ qayıt

"Çelsi" "Qarabağ"ı darmadağın etdi

13.09.2017 00:34 | Oxunma sayı: 982
Xəbərin şəklinə bax

Bu gün Azərbaycan futbol tarixində xüsusi gündür. Stadium.Az xəbər verir ki, ilk dəfə olaraq bir klubumuz Çempionlar Liqasının qrup mərhələsində meydana çıxacaq.

Bu sevinci bizlərə bəxş edən "Qarabağ" səfərdə "Çelsi"nin qonağı olacaq. Qarşılaşma haqda artıq nəsə deməyə ehtiyac yoxdur. "Çelsi"dən danışmağa çox da ehtiyac yoxdur. London klubu dünyanın ən güclü klublarından biridir. Kontenin komandası həm də Çempionlar Liqasını qazanmağa ən real namizədlərdən biridir.

Qısası "Qarabağ"ı bu gün çox ağır və məsuliyyətli bir oyun gözləyir.  

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) 5:0

Qollar: Pedro 5, Zappakosta 30, Azpilikueta 56, Bokayako 71, Batşuay 76, Maksim Medvedev 82 (öz-qap)

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva) 
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

22:45. London. “Stemford Bric” stadionu


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012