<-- əvvələ qayıt

Yakub: "Ndlovu Londonda qol vuracaq”"

12.09.2017 11:26 | Oxunma sayı: 720
Xəbərin şəklinə bax

"Qarabağ”ın futbolçusu Yakub Jezniçak özünün "Tvitter" səhifəsində paylaşım edib. Stadium.Az xəbər verir ki, polşalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə oyundan öncə komanda yoldaşları Maksim Medvedev və Dino Ndlovu ilə birlikdə Londonda kafedə çəkdirdiyi şəkli paylaşıb.

O, fotonun altında yazdığı şərhlə Ndlovuya dəstək olub. Jezniçak afrikalı hücumçunun “Çelsi” ilə səfər oyununda qol vuracağına inandığını bildirib: “Ümid edirəm ki, bu oğlan Londonda qol vuracaq”.
 
Bu gün “Stemford Bric”də keçiriləcək “Çelsi” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012