<-- əvvələ qayıt

“Qarabağ” - “Roma” oyununa neçə min bilet satılıb?

12.09.2017 01:12 | Oxunma sayı: 1444
Xəbərin şəklinə bax


"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matçın bilet satışı davam edir.

Stadium.Az xəbər verir ki, ötən günə olan məlumata əsasən, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 30 000-ə çatıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

“Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək. 

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

 

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012