<-- əvvələ qayıt

Ronaldo "Real"da üçüncü, Benzema dördüncüdür

12.09.2017 00:35 | Oxunma sayı: 334
Xəbərin şəklinə bax

"Real"ın hücumçusu Kərim Benzema klubun 4-cü vitse-kapitanı olub. Stadium.Az xəbər verir ki, Pepenin "Beşiktaş"a transferindən sonra 1 vitse-kapitan yeri boşalıb və bu şərəfi fransalı hücumçuya layiq görüblər.

2017/18 mövsümündə Madrid klubunun əsas kapitanı yenə Serxio Ramos olacaq. Ondan sonra Marselo gəlir. İkinci vitse-kapitanlardan biri Kriştianu Ronaldodur. 2009-cu ildən "Real"ın formasını geyinən ortuqal ulduz ilk dəfə kapitanlıq sarğısını 2013-cü il 6 yanvarda taxıb. "Real Soceidad"a qarşı həmin oyunda (4:3) əsas kapitan İker Kasilyas və Qonzalo Hiquain ehtiyatda qalmış, Marselo və Ramosun adı isə iştirak ərizəsinə salınmamışdı. 


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012