<-- əvvələ qayıt

Yenə 4-cü turda: Bir ilə 1 gün qalmış

12.09.2017 00:33 | Oxunma sayı: 282
Xəbərin şəklinə bax

Azərbaycan Premyer Liqasının IV turunun “İnter” – “Kəpəz” oyunu ilk hissənin məhsuldarlığı ilə diqqət çəkib. Stadium.Az xəbər verir ki, meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə bütün qollar ilk 45 dəqiqəyə təsadüf edib.

Azərbaycan çempionatlarında fasiləyədək bu qədər qolun vurulması sonuncu dəfə 1 il əvvəl yaşanmışdı. Maraqlıdır ki, 2016/17 mövsümünün ən məhsuldar ilk hissəsi də IV turda baş tutub. 2017-ci il sentyabrın 10-da keçirilən görüşdə “Neftçi” “Qəbələ” ilə üz-üzə gəlib. 8:0 hesabı ilə qalib gələn əyalət klubu bu qollardan 5-ni fasiləyədək vurub. Növbəti belə məhsuldar ilk yarı 364 gün sonra – yəni 1 ilə 1 gün qalmış qeydə alınıb. pfl


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012