<-- əvvələ qayıt

Ramil Quliyev: "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir"

11.09.2017 18:52 | Oxunma sayı: 608
Xəbərin şəklinə bax

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev “Qarabağ”ın Çempionlar Liqasının qrup mərəhləsinə vəsiqə qazanmasından danışıb.

Stadium.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə açıqlama verən 27 yaşlı atlet “Qarabağ”ın tarixi uğur qazandığını söyləyib:

"Qarabağ"ın Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil etməsi məni çox sevindirdi. Bu  Azərbaycan futbolunun uğurudur. "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir. Ümid edirəm, yaxşı nəticələr qazanaraq bizi daha da qürurlandıracaqlar".

Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında kişilərin 200 metr məsafədə qaçış yarışında qalib olmuşdu. Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da birinci olub.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012