<-- əvvələ qayıt

İbekoyi 273-cü oyununda 100-ü yarıladı

11.09.2017 18:20 | Oxunma sayı: 286
Xəbərin şəklinə bax

Azərbaycan Premyer Liqasının IV turu “Zirə”nin futbolçusu Viktor İqbekoyi üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki,  “Qəbələ” ilə səfər matçında hesabı açan nigeriyalı Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

Bu, Viktorun 50-ci qolu kimi tarixə düşüb. Afrikalı legioner “100”ü özünün 273-cü oyununda yarılayıb.

İqbekoyi Azərbaycan çempionatlarında 50 və daha çox qol vuran 35-ci futbolçudur. Onadək yalnız iki legioner bunu bacardığından nigeriyalı 3-cü əcnəbidir. Legionerlərdən yalnız gürcüstanlılar Badri Kvaratsxeliya və Georgi Adamiya Viktoru qabaqlayır.

2006/07 mövsümündən Azərbaycanda çıxış edən nigeriyalı 50 qolu 4 komandanın heyətində vurub. “Turan”da 16, “Qarabağ”da 6, AZAL-da 23 qol vuran afrikalı indiki klubunda 5-ci dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ” – “Zirə” oyunu 1:1 hesabı ilə nəticələnib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012