<-- əvvələ qayıt

Səlahət Ağayev: "Neftçi"yə gələndən, futbolçu kimi özümü xoşbəxt saya bilmirəm"

11.09.2017 18:08 | Oxunma sayı: 602
Xəbərin şəklinə bax

"Neftçi"nin qapıçısı Səlahət Ağayev səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra oyun barədə fikirlərini bölüşüb:

Stadium.Az xəbər verir ki, təcrübəli qolkiper "Neftçi"də özünü xoşbəxt hiss etmir:

"Birinci hissəyə yaxşı başlamadıq, ikinci yarıda uşaqlar özlərini toparladı. Bir sözlə, bəxtimiz gətirmədi. Komandada hər bir oyunçu peşəkardır və istəyirdi ki, önə atılsın.

Baş məşqçinin də ikinci hissədəki əvəzləmələri öz bəhrəsini verdi, komanda daha da irəli atılırdı. Ancaq qol vura bilmədik. Komandanın üzərini necə deyərlər, "qara bulud" alıb. Mən "Neftçi"yə gələndən, futbolçu kimi özümü xoşbəxt saya bilmirəm. Nə qədər uduzmaq olar?! Nə qədər belə bəsit oynamaq olar? Çox acınacaqlı vəziyyətlərə düşmüşük. Hər oyuna yeni ümidlə çıxırıq... Əlimizdən gələni edib bu vəziyyətdən çıxmalıyıq. Başqa yol yoxdur".


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012