<-- əvvələ qayıt

Konte: "Qarabağ"a uduzma ehtimalını da nəzərə almaq lazımdır”

11.09.2017 17:53 | Oxunma sayı: 817
Xəbərin şəklinə bax

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda "Çelsi" “Qarabağ”ı qəbul edəcək. Stadium.Az xəbər verir ki, "zadəganlar"ın baş məşqçisi Antonio Konte oyundan əvvəl təşkil edilən mətbuat konfransında “Qarabağ”a qarşı oynamağın heç də asan olmadığını bildirib:

"ÇL-in qrupunda ilk dəfə iştirak etsə də, orda çox yaxşı oyunçular var. İtaliya yığmasının baş məşqçisi olanda Azərbaycan millisi ilə qarşılaşmışam. Orda çox yaxşı oyunçular tanıyıram. Realist olsaq, onlara qarşı oynamaq heç də asan olmayacaq. Uduzma ehtimalını da nəzərə almaq lazımdır”.

Konte deyib ki, ÇL-də bütün matçlarda qalib gəlməyə çalışmalıdırlar. O, görüşdən bir gün öncə start heyətini açıqlamağı da lazım bilməyib:

“Məşqçiliklə müqayisədə, futbolçu kimi ÇL-də böyük təcrübəm var. Bu yarışda iştirak etdiyimiz üçün qürur duymalıyıq. Burada hər oyunda qalib gəlməyə çalışmalıyıq. İngiltərə Premyer Liqasının sonuncu turunda “Lester”lə keçirdiyimiz oyun “Qarabağ”la görüş üçün heyət seçimimə təsir edəcək.

Start heyətini indidən açıqlamaq mümkün deyil. Bu, böyük risk olardı. Çünki daha sonra dəyişikliklər baş verə bilər”.

Sentyabrın 12-də keçiriləcək "Çelsi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012