<-- əvvələ qayıt

Hakimlərimiz Avropa Liqası oyununa təyinat alıb

11.09.2017 17:22 | Oxunma sayı: 266
Xəbərin şəklinə bax

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Vitoriya Gimarayeş” (Portuqaliya) – "Zalsburq” (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
Stadium.Az xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
 
Matç sentyabrın 14-də "Afonsu Enrikiş” stadionunda keçiriləcək.

<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012