<-- əvvələ qayıt

"Neftçi"nin yeni baş məşqçisi bəlli oldu

11.09.2017 16:09 | Oxunma sayı: 517
Xəbərin şəklinə bax

"Neftçi” PFK-ya yeni baş məşqçi təyin olunub. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq.

Təcrübəli mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb. Tərlan Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq. Premyer Liqasının V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək. Bu haqda əlavə məlumat verəcəyik.

Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012