<-- əvvələ qayıt

Klopp: "Fil fantastik oyunçudur"

11.09.2017 11:05 | Oxunma sayı: 284
Xəbərin şəklinə bax

"Liverpul"un baş məşqçisi Yurqen Klopp Premyer Liqanın 4-cü turunda Filippe koutinyonu meydana buraxmamasının səbəbini izah edib.

Stadiu.Az xəbər verir ki, Çempionlar Liqasında "Seviliya" ilə baş tutacaq oyundan öncə təşkil olunan mətbuat konfransında alman mütəxəsis bunları deyib:

"Çətin mövsümü nəzərə alıb Koutinyonu "Mançester Siti" ilə oyunda meydana buraxmadım. O, uzun uçuşdan qayıtmışdı. 3 həftə idi bizimlə məşq etmirdi. Biz 3 gündən bir oyun keçiririk. Ona görə qərara aldıq ki, 3-4 yaxşı məşq edib növbəti oyuna qədər hazır vəziyyətə gəlsin. İndisə yaxşı xəbərlərimiz var. Fil fantastik oyunçudur. Tezliklə onun xidmətlərindən yararlanmağa ümid edirik".

"Liverpul" - "Seviliya" qarşılaşması sentyabrın 13-ü saat 22:45-da başlayacaq.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012