<-- əvvələ qayıt

Araz oynadı, komandası lider oldu

11.09.2017 00:32 | Oxunma sayı: 548
Xəbərin şəklinə bax

Millimiz futbolçusu Araz Abdullayevin klubu “Anartosis” Kipr çempionatında 3-cü turun oyununu keçirib.

Stadium.Az xəbər verir ki, “Aris Limassol”u qəbul edən “Anartosis” 1:0 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində komanda 7 xalla liderliyə yüksəlib.

Araz Abdullayev ehtiyat oyunçular skamyasında yer alsa da, 46-cı dəqiqədə Migel Palankanı əvəzləyib və sonadək meydanda olub.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012