<-- əvvələ qayıt

Robert Prosineçki Sumqayıtda narazı alıb

11.09.2017 00:25 | Oxunma sayı: 559
Xəbərin şəklinə bax

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Sumqayıtdakı "Kapital Bank Arena"da azarkeşlərin oyunu ayaq üstə və səkilərdə izləmələrinə reaksiya verib. Xorvatiyalı mütəxəssis stadionda əlavə tribunanın tikilməsinə zərurət olduğunu bildirib. 
 
Prosineçki deyib ki, Sumqayıt kimi böyük şəhərdə insanların oyunu rahat izləmələri üçün şərait yaradılmalıdır: "Xorvatiyada da azarkeşlər hasara çıxırlar, səkilərin üstündə otururlar. Lakin yaxşı olardı ki, Sumqayıt kimi böyük şəhərdə azarkeşlər üçün bir əlavə də tribuna tiksinlər və hamı oturub rahat futbola baxsın. Çünki bura kifayət qədər azarkeş gəlir”.

Azərbaycan Premyer Liqasında IV turun "Sumqayıt" - "Neftçi" matçında "Kapital Bank Arena"nın 1500 nəfərlik tribunası tam dolub. Bu səbəbdən, daha 500-dən çox azarkeş oyunu hasarlar arxasından və səkilərdə izləyib 


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012