<-- əvvələ qayıt

Portuqaliyadan "Neftçi"yə

10.09.2017 18:52 | Oxunma sayı: 1292
Xəbərin şəklinə bax

Millimizin üzvü Emin Mahmudovun yeni klubu müəyyənləşib. Stadium.Az xəbər verir ki, Portuqaliyanın "Boavista" klubundan ayrılan futbolçu karyerasını ölkəmizdə davam etdirəcək.  Yarımmüdafiəçi "Neftçi" klubu ilə anlaşıb.

Bu gün ölkəmizə gələn futbolçu yaxın günlərdə "ağ-qaralar"la rəsmi müqavilə imzlayacaq. Onun paytaxt klubu ilə imzalayacağı müqavilənin detalları bəlli deyil.  Rusiyanın "Saturn" klubunun yetirməsi olan 25 yaşlı futbolçu karyerası ərzində "Spartak", "Tom", "Krlya Sovetov" və "Mordoviya" kimi klublarda top qovub.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012