<-- əvvələ qayıt

"Yuventus"un əsas futbolçualrı "Barselona"ya qarşı oynamayacaq

10.09.2017 18:50 | Oxunma sayı: 292
Xəbərin şəklinə bax

"Yuventus"un 2 əsas oyunçusu Çempionlar Liqasının qrup mərhələsində "Barselona"ya qarşı oyunda komandasına kömək etməyəcək.

Stadium.Az xəbər verir ki, Markizio və Xedira zədə səbəbindən vacib matçda meydana çıxa bilməyəcək.

"Kyellini bazar günü ümumi qrupla məşqlərə başlayacaq. Xedira və Markizio dəqiq oynamayacaq. Aleks Sandronun soyuqdəyməsi vardı. Ümid edirik artıq sağalıb. Mandzukiç "Kievo" ilə oyunda ayağına zərbə alıb. Amma ciddi bir şey yoxdur. Kuadrado diskvalifikasiya səbəbindən oynamayacaq. Buna görə hansı taktiki sxemlə meydana çıxacağımızı bilmirəm" deyə Turin klubunun baş məşqçisi Massimiliano Alleqri deyib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012