<-- əvvələ qayıt

Şahin Diniyev: “Təəssüf ki, ələ düşən fürsətlərdən istifadə edə bilmədik"

10.09.2017 18:12 | Oxunma sayı: 304
Xəbərin şəklinə bax

"Bu cür oyundan sonra danışmaq bir az çətin olacaq. Komandamız yeni formalaşmağa başlayıb. Heyət demək olar başdan-ayağa dəyişib. Aşağı dəstədən və əvəzedici komandamızdan çox futbolçu gəlib. Onların uyğunlaşması prossesi zaman alır".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 4-cü turunun "İnter" - "Kəpəz" matçından sonra gəncəlilərin baş məşqçisi Şahin Dİniyev deyib. Təcrübəli mütəxəssis 2:3 hesabı ilə məğlub olduqları görüşü bu cür şərh edib:

“Təəssüf ki, ələ düşən fürsətlərdən istifadə edə bilmədik. Ancaq heç nədən qollar buraxdıq. Əvvəl də dediyim kimi, bizdə oyunun taleyini dəyişəcək futbolçu yoxdu. İlk matçdan fərqli olaraq, bu qarşılaşmada qol fürsətləri yarada bildik. İnanıram ki, bu komandanı ayağa qaldıra biləcəyik. Hələ heç nə bitməyib. Keçən mövsümə də pis başlamışdıq. Ancaq sonradan özümüzə gəldik. Heç nəyə baxmayaraq, “Kəpəz”ə sonuncu pillə yaraşmır. Məncə, bu gün məğlubiyyətə layiq deyildik”.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012