<-- əvvələ qayıt

“Çelsi” – “Qarabağ” oyununun hakimləri

10.09.2017 18:09 | Oxunma sayı: 387
Xəbərin şəklinə bax

Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi” – “Qarabağ” matçının hakimləri müəyyənləşib. Stadium.Az xəbər verir ki, oyunu Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın qərarına əsasən, Anastasios Sidiropoulos baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin olunublar. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

“Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012