<-- əvvələ qayıt

Qari Kehil: "Qarabağ"a qeyri-ciddi yanaşmırıq”

10.09.2017 12:08 | Oxunma sayı: 782
Xəbərin şəklinə bax

Cəzası səbəbindən Premyer Liqanın son turlarının oyunlarını buraxan “Çelsi”nin mərkəz müdafiəçisi Qari Kehil “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında komandasına kömək edə bilər.

Stadium.Az xəbər verir ki, bu haqda Britaniyanın “Express” nəşri məlumat yayıb. Qəzetə müsahibəsində özünü qarşıdakı görüşə hazır sayan Kehil bildirib ki, “Çelsi” qitənin ən nüfuzlu yarışında oynamağa layiqdir:

“Mən çox şadam ki,  komandam yenidən həmin yarışda çıxış edəcək. Əlimizdən gələni edəcəyik ki, bizim üçün mümkün olan ən yüksək uğura nail olaq. Səbirsizliklə meydana çıxacağım günü gözləyir və səylə məşq edirəm”.

31 yaşlı futbolçu “Qarabağ” barədə də danışıb: “Belə bir yarışda oynamaq hüququ əldə ediblər. Ona görə də biz rəqibimizə qeyri-ciddi yanaşmırıq”.

Çempionlar Liqasının C qrupunun “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012