<-- əvvələ qayıt

Orxan Sadıqlı: "Futbolda Noer kimi qapıçı da bu cür səhvə yol verir"

10.09.2017 02:36 | Oxunma sayı: 379
Xəbərin şəklinə bax

Dünən keçirilən "İnter" “Kəpəz” oyununda qonaqların üzvü Kərim Diniyev təxminən 60 metrlik məsafədən vurduğu qolla meydan sahiblərinin qapıçısı Orxan Sadıqlıya çətin anlar yaşatdı. Stadium.Az xəbər verir ki, Orxan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Hadisələr sanki bir göz qırpımında baş verdi...

- Oyuna yaxşı başladıq. İstəyirdik ki, erkən qol vuraq. 30 dəqiqə ərzində rəqib qapısından 3 top keçirdik. Sonrakı dəqiqələrdə 2 top buraxmağımız bir qədər rahatlaşmağımızın nəticəsi oldu. İkinci hissədə toparlanmağı bacardıq. Qol vura bilməsək də, qapımızı da toxunulmaz saxladıq.

- Kərim Diniyevin uzaq məsafədən vurduğu qol zamanı qapıdan o qədər aralı çıxmağa ehtiyac var idi?

- Ehtiyac yox idi. Mənim oyun ülubum belədi, sadəcə, Kərim yaxşı “tutdu” məni. Onu da baxımlı qola imza atdığına görə təbrik edirəm. Yəqin bir də belə səhvi təkrarlamarıq. Futbolda Noer kimi qapıçı da bu cür səhvə yol verir. Sadəcə olaraq, buna bağlanmaq lazım deyil.

- Nəticə çıxarmaq lazımdı…

- Əlbəttə, nəticə çıxarmaq, dərs almaq lazımdı. Başqa oyunlarda bu cür səhv etmək olmaz.

- Fasilədə baş məşqçi hansısa şəkildə etirazını bildirdimi?

- Heç nə demədi. Əksinə, dəstək nümayiş etdirdilər, dedilə, oyundu, belə hallar olur. Yerimdə başqası olsaydı, yenə həmin addımı atacaqdılar. Əlbəttə, belə məqamda psixoloji dəstək çox vacibdi.

- Bu səhvin təsiri matçın qalan dəqiqlərində beyninizi “qurcaladı”mı?

- İndi də təsiri var. Beynimdə qalmışdı. Ümumiyyətlə, buraxdığım qolda səhvim olursa, sakitləşə bilmirəm. Oyunun sonuna qədər beynimi “qurcalayır”.

- Bu, karyeranızda ən kuryoz qoldu?

- Rəqib futbolçu üçün yaxşı, baxımlı qol alındı. Mənim üçünsə bir təcrübə oldu. Bu cür kuryoz qol buraxdığımı xtırlamıram.

- Kərimin qolunu Premyer Liqanın ən yaxşı qolu seçmək olarmı?

- Ən yaxşı qollardan biri demək olar. Bəlkə bundan da yaxşı qollar vurulacaq. Çempionat yeni başlayıb.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012