<-- əvvələ qayıt

"Qarabağ" gürcülər qarşısında şərt qoydu: Stadionda erməni bayrağı olmayacaq

17.07.2017 23:10 | Oxunma sayı: 1448
Xəbərin şəklinə bax

“Qarabağ”  Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə cavab matçı öncəsi UEFA-ya müraciət edib.

Stadium.Az xəbər verir ki, bu barədə Ağdam klubunun saytı məlumat yayıb.

Son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.
 
Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.
 
Matça Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə "Qarabağ"ın rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib.
 
Gürcüstan tərəfi də yarana biləcək  erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012