<-- əvvələ qayıt

"Qarabağ" indi də bu hücumçunu istəyir

17.07.2017 16:02 | Oxunma sayı: 2397
Xəbərin şəklinə bax

“Qarabağ” klubu Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır. Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi hazırda Qvatemalanın “Komunikasiones” komandasında forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir.

“Qarabağ”ın nikaraqualı futbolçu üçün klubuna 400 min dollar ödəməyə hazır olduğu bildirilir.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” yay fasiləsində Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski (Şaxtyor, Ukrayna), Yakub Jezniçak ("Legia", Polşa) və Donald Gerryeri ("Alanyaspor", Türkiyə) heyətinə qatıb. Nikaraqu yığması ilə 42 oyuna çıxıb, 10 qol vuran Xuan Barrera daha əvvəl ölkəsində “Real Esteli”, “Valter Ferretti”, Panamanın “Tauro”, Venesuelanın “Deportivo Petare”, Avstriyanın “Villa Austria” və “Altach” komandanlarının formasını geyinib.    


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012