<-- əvvələ qayıt

"Qarabağ"da son məşq

17.07.2017 15:59 | Oxunma sayı: 393
Xəbərin şəklinə bax

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” sabah səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.

Stadium.Az xəbər verir ki, bu gün saat 19:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Tbilisidə media mənsublarının suallarını cavablandıracaq.

Saat 20:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. “Samtredia” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012