<-- əvvələ qayıt

"Kəpəz" 5 yeni futbolçuyla müqavilə bağlayıb

17.07.2017 11:39 | Oxunma sayı: 1072
Xəbərin şəklinə bax

Türkiyədə hazırlıqlarını davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor,  Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib. 

Bundan başqa komandaya daha 2 futbo Hazırlığın Bakı mərhələsinin sonunda Aydın Qasımov və Sergey Çernışev ilə bir illik müqavilə bağlanıb.

Qasımov hücumçu, Çernışev yarımmüdafiəçi mövqeyində çıxış edir.lçu da cəlb edilib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012