<-- əvvələ qayıt

"Qəbələ" cavab oyununun hazırlığına başladı

17.07.2017 11:10 | Oxunma sayı: 746
Xəbərin şəklinə bax

Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya gedib.

Stadium.az xəbər verir ki, "qırmızı-qaralar” dünən Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan komanda axşam məşqi ilə kifayətlənib. Qəbələ" məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib. 

 “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun keçiriləcəyi  Belostok şəhərinə gedəcək.

 Belostok şəhər stadionunda keçiriləcək “Yagelloniya” – “Qəbələ” qarşılaşması iyulun 26-ı, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012