<-- əvvələ qayıt

"Şerif" büdrədi

17.07.2017 10:50 | Oxunma sayı: 878
Xəbərin şəklinə bax

"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki mümkün rəqibi "Şerif" Moldova liqasında növbəti oyununa çıxıb.

Stadium.az xəbər verir ki, komanda 2-ci turda səfərdə "Daçia" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Daçia" - "Şerif" - 1:1
Qollar:
 George Anton, 12 (1:0), Josip Brezoveç, 44 (1:1)

2-turdan sonra 4 xalla "Şerif" 1-4-cü pillələri bölüşdürür.

Əlavə edək ki, ilk matçda "Samtredia"ya (Gürcüstan) 5:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə çıxacağıq təqdirdə, "Şerif"  - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012