<-- əvvələ qayıt

Türkiyəli futbolçu "Roma"da

16.07.2017 22:09 | Oxunma sayı: 716
Xəbərin şəklinə bax

"Roma" türkiyəli Cengiz Ünderin transferini rəsmiləşdirib. Stadium.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2022-ci il 30 iyuna kimi nəzərdə tutulmuş müqaviləni imzalayıb.

O, yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək. Cengizin transferi "Başakşəhər"ə 13.4 milyon avro qazandırıb. Daha 1.5 milyon avro bonus formasında ödənilə bilər. Gənc futbolçu ötən mövsüm Türkiyə çempionatında 32 oyuna 7 qol vurmuşdu. 


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012