<-- əvvələ qayıt

"Bursaspor" rəhbərliyi millimizin hücumçusunu bağışlayıb

16.07.2017 22:05 | Oxunma sayı: 320
Xəbərin şəklinə bax

Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz "Bursaspor"da çıxışı davam etdirəcək. Stadium.Az xəbər verir ki, klub rəhbərliyi bir müddət öncə "Göztəpə" ilə prinsip anlaşması əldə edən hücumçunun komandada qalmasına qərar verib.  

Ötən mövsümün sonlarına yaxın FİFA-ya şikayət etdiyi üçün komandadan uzaqlaşdırılan futbolçu bağışlanılıb. Onun adı daha əvvəl Avstriya toplanışına aparılacaq futbolçular arasında yer almasa da, sonradan baş məşqçi Pol Le Quen qərarını dəyişib.

Məsələ ilə bağlı klubun sabah Avstriyada baş tutacaq ilk məşqindən öncə baş məşqçi və futbolçunun mətbuat konfransı baş tutacaq. “Bursaspor”a ötən ilin fevralında “Trabzonspor”dan keçən Deniz Yılmazın cari müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. 


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012