<-- əvvələ qayıt

"Yuventus" "Çelsi"nin 100 milyonundan imtina edib

16.07.2017 22:02 | Oxunma sayı: 248
Xəbərin şəklinə bax

A Seriyasında son illərin dəyişməz çempionu "Yuventus" Qonzalo Hiquaini "Çelsi"yə satmaqdan imtina edib. Stadium.Az xəbər verir ki, "zadəganlar" argentinalı hücumçuya görə 100 milyon avro təklif etsə də, rədd cavabı alıb.

"Tuttosport" London klubunun qiyməti qaldıracağını ehtimal edir. Belə ki, Diyeqo Koştanın "Çelsi"dən ayrılması gözlənilir.

Kontenin Romelu Lukakunu transfer etmək planları baş tutmayandan sonra Alvaro Morta üçün də 90 milyon avro təklif edilmişdi. London təmsilçisi, eyni zamanda "Yuventus"un digər üzvü Aleks Sandronu transfer etməyə çalışır. Hələ ki ingilislərin cəhdləri boşa çıxır.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012