<-- əvvələ qayıt

Lukas Biqliya "Milan"da

16.07.2017 21:55 | Oxunma sayı: 229
Xəbərin şəklinə bax

"Milan"dan daha bir transfer

Stadium.az xəbər verir ki, klubun rəsmi saytı “Latsio”nun 31 yaşlı yarımmmüdafiəçisi Lukas Biqliya ilə 2020-ci ilin yayına qədər müqavilə imzalandığını açıqlayıb.

Argentinalı futbolçu “Latsio”da dörd mövsüm keçirib.

Bu, “Milan”ın bu yay həyata keçirdiyi 10-cu transferdir. Çinli investorların klubu almasından sonra klub ciddi transferlər həyata keçirir. Biqliyadan əvvəl “Milan” Leonardo Bonuççi, Andre Silva, Andrea Konti, Hakan Çalhanoğlu, Mateo Musakkio, Rikardo Rodriges, Frank Kessye, Antonio Donnarumma ("Milan"ın qapıçısı Canluici Donnarummanın böyük qardaşı. Antonio da qapıçıdır) və Fabio Boriniyi də heyətinə cəlb edib. Bu transferlərə ümumilikdə 180 milyon avro xərcləndiyi bildirilir.



<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012