<-- əvvələ qayıt

Reynaldonun “Young Boys” sevdası baş tutmadı?

16.07.2017 18:44 | Oxunma sayı: 1020
Xəbərin şəklinə bax

“Qarabağ”ın sabiq hücumçusu Reynaldonun İsveçrənin “Young Boys” klubuna keçidi baş tutmayıb.

Stadium.az xəbər verir ki, bu haqda Adana mətbuatı məlumat yayıb.

Müqavilə ilə “Adanaspor”a məxsus olan braziliyalı futbolçunun bir müddət əvvəl bu komandadan ayrılaraq  “Young Boys”la danışıqlara getdiyi bildirilmişdi. Amma yayılan son xəbərlərə əsasən, Reynaldo yenidən “Adanspor”un düşərgəsinə qayıdıb.

Hələlik rəsmi təsdiqlənməyən xəbərə görə, eks “Qarabağ”lı tibbi müayinədən uğurla keçə bilmədiyindən onun “Young Boys”a transferi baş tutmayıb.

Superliqanı tərk edən "Adanaspor" yeni mövsümdən birinci liqada yarışacaq.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012