<-- əvvələ qayıt

"Sumqayıt"ın ilk sınağı "Osmanlıspor"a qarşı olacaq

16.07.2017 19:05 | Oxunma sayı: 537
Xəbərin şəklinə bax

Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" bu günü iki məşq əsnasında başa vuracaq.

Stadium.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Samir Abasovun rəhbərliyi altında artıq səhər məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən komanda bəzi taktiki gedişlər üzərində də işləyib.

"Sumqayıt"ın axşam məşqi yerli saatla 18:30-da olacaq.

 "Sumqayıt" ilk yoxlama görüşünü 17 iyul tarixində Super Liqa təmsilçisi “Osmanlıspor”a qarşı keçirəcək. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012