<-- əvvələ qayıt

"Qəbələ" Polşadadır

16.07.2017 10:10 | Oxunma sayı: 565
Xəbərin şəklinə bax

Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" Polşaya gedib. Stadium.Az xəbər verir ki, "qırmızı-qaralar" ötən gecə saat 2-də Bakı-Kiyev-Varşava hava reysilə səfərə çıxıb.

Təmsilçimiz Polşa paytaxtından Avroliqadakı rəqibi olan "Yagelloniya"nın təmsil etdiyi Belostok şəhərinə avtobusla yollanacaq.

Bu komandaların ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb.

“Qəbələ”nin matça 4 gün qalmış Polşaya getməsi səbəbsiz deyil. Klubun vitse-prezidenti Fariz Nəcəfov bugünlərdə jurnalistlərə bildirib ki, “Qəbələ”nin büdcəsi hazırda elə də çox olmadığından Polşaya çarter reysi ilə gedə bilmirlər. Buna görə də matça lazımi səviyyədə köklənmək üçün adi reyslə 4 gün əvvəldən yola düşəcəklər.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012