<-- əvvələ qayıt

"Sumqayıt" hazırlığa start verdi

16.07.2017 11:06 | Oxunma sayı: 480
Xəbərin şəklinə bax

"Sumqayıt” komandası Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib.
 
Stadium.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komanda axşam qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqin əvvəlində daha çox toplu hərəkətlərə üstünlük verən komanda fiziki hazırlıq üzərində çalışaraq ilk günün hazırlığını yekunlaşdırıb. "Sumqayıt" bu gün 2 məşqə çıxacaq.
 
İlk yoxlama görüşü iyulun 17-də Superliqa təmsilçisi "Osmanlıspor”a qarşı olacaq. Qızılcahamam bölgəsində yerləşən Patalya Thermal Resort Hotelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012