<-- əvvələ qayıt

"Qarabağ" - "Samtredia" oyununun hakimləri məlum oldu

16.07.2017 10:19 | Oxunma sayı: 261
Xəbərin şəklinə bax

"Qarabağ"ın Gürcüstanda "Samtredia" ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün bütün təyinatlar açıqlanıb.

Stadium.az xəbər verir ki, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç yan xətt, Marko Popoviç dördüncü hakim qismində yardımçı olacaqlar. Rumıniyalı Pol Daniel Zaharya UEFA nümayəndəsi, macarıstanlı Laslo Vaqner isə hakim-inspektordur. 
 
İyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Srcan Yovanoviç ötən gün elə Tbilisidə İngiltərə və Portuqaliyanın 19 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilmiş final matçının baş hakimi olub. Görüş İngiltərə millisinin qələbəsi ilə yekunlaşıb - 2:1. 31 yaşlı referi qalib komandadan 3 futbolçuya sarı, o cümlədən, 1 qırmızı vərəqə göstərib. Portuqaliya isə 1 "sarı" ilə kifayətlənib. Serbiyalı baş hakim final matçından sonra Gürcüstan paytaxtını tərk etməyərək, "Samtredia" - "Qarabağ" matçının keçiriləcəyi günədək gözləyəcək. 


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012