<-- əvvələ qayıt

"Barselona" Nelson Semedonu neçəyə alıb?

15.07.2017 19:23 | Oxunma sayı: 580
Xəbərin şəklinə bax

"Benfika" Nelson Semedonun "Barselona"ya transferinin maliyyə tərəflərini açıqlayıb. Stadium.Az xəbər verir ki, 23 yaşlı müdafiəçi katalon klubuna 30.5 milyon avroya başa gəlib.

Samadonun hər 50 rəsmi oyununa görə "Benfica" əlavə 5 milyon avro qazanacaq. Bu, bənd futbolçunun "Barselona"da çıxış etdiyi müddətə aiddir. Beləliklə, bonusların maksimum həcmi 10 milyon avro təşkil edə bilər.

Semedo Portuqaliya millisinin də üzvüdür. "Barselona" iyulun 13-də onun transferini elan etmişdi.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012