<-- əvvələ qayıt

"Bizsə PSJ ilə razılığa gələ bilməmişik""

15.07.2017 19:12 | Oxunma sayı: 552
Xəbərin şəklinə bax

"Barselona"nın idman direktoru Roberto Fernandes italiyalı yarımmüdafiəçi Marko Verrattinin transfer məsələsinə münasibət bildirib. Stadium.Az xəbər verir ki, klub rəsmisi danışıqlarda irəliləyiş olmadığını qeyd edib:

"Verrattinin PSJ ilə müqaviləsi var. Deyiləsi başqa söz yoxdur, vəziyyət ortadadır. Bir neçə il müqaviləsi qalan futbolçunu transfer etmək üçün, ilk növbədə, onun klubunu razı salmaq lazımdır. Bizsə PSJ ilə razılığa gələ bilməmişik".

PSJ rəhbərliyi katalonların Verrattini transfer etməyə çalışmaqla boş yerə vaxt itirdiyini diqqətə çatdırmışdı.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012