<-- əvvələ qayıt

"Səbail"dən daha bir transfer

15.07.2017 15:23 | Oxunma sayı: 918
Xəbərin şəklinə bax

Son olaraq Yunanıstanın AEL klubunda çıxış edən Amit Quluzadə karyerasını ölkəmizdə davam etdirəcək.

Stadium.Az xəbər verir ki, Quluzadə yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail”ə keçib. Bu gün komandanın Türkiyədəki təlim-məşq toplanışına qoşulacaq Quluzadə yaxın günlərdə paytaxt təmsilçisi ilə müqavilə imzalayacaq.

“Neftçi”nin yetirməsi olan futbolçu "Kayseri Ərciyəspor", "Rəvan", "Qəbələ", “Sumqayıt”  və "Atletiko" (Portuqaliya) kimi klublarda da çıxış edib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012