<-- əvvələ qayıt

Sneyder rəsmən "Qalatasaray"dan getdi

15.07.2017 00:01 | Oxunma sayı: 784
Xəbərin şəklinə bax

"Qalatasaray" futbolçusu Uesli Sneyderlə rəsmən yolları ayırıb. Stadium.Az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun 2017/2018 mövsümü üçün alacağı maaşdan imtina etdiyi bildirilib.

Bundan başqa, Sneyderin qarşıdakı 3 il ərzində Türkiyədə başqa bir kluba transfer olunacağı təqdirdə, "Qalatasaray"a 20 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.

Sneyder ötən mövsüm 33 matçda 5 qol vurub, 17 qolun ötürməsini verib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012