<-- əvvələ qayıt

I Divizionda daha bir komanda - "Bakı"nın bazasında

14.07.2017 23:55 | Oxunma sayı: 414
Xəbərin şəklinə bax

2017/2018 mövsümündə futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparacaq “Göyçə” komandası ilə bağlı bəzi məsələlərə aydınlıq gəlib.

Stadium.Az xəbər verir ki, bununla bağlı “Report”a klubun prezidenti Mübariz Məmmədov açıqlama verib. Onun sözlərinə görə “Göyçə” 2004/2005 mövsümündə I Divizionda çıxış etmiş eyniadlı komandanın varisidir. Məmmədov klubun paytaxtı təmsil edəcəyini və “Bakı”nın təlim-məşq bazasında məskunlaşacağını bildirib.

Klubun prezidenti baş məşqçinin adını da açıqlayıb. Bu, vaxtilə Azərbaycan Premyer Liqasında mübarizə aparmış “Muğan” və “Rəvan” komandalarının sabiq baş məşqçisi Bəhmən Həsənovdur.

Məmmədov məşqlərə iyulun 20-dən başlayacaqlarını söyləyib: "Heyətimizə “Bakı”nın bəzi futbolçularını götürəcəyik. Həmçinin, ölkə xaricindən də 6 futbolçu gətirəcəyik. Həmin oyunçular əsasən İtaliyadandır”. “Göyçə” 2004/2005 mövsümündə I Divizionda 20 xalla 4-cü yeri tutub.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012