<-- əvvələ qayıt

Leonardo Bonuççi "Milan"da

14.07.2017 23:54 | Oxunma sayı: 929
Xəbərin şəklinə bax

"Milan" Leonardo Bonuççinin transferini həll edib. Stadium.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi tibbi müayinədən keçərək "rossoneri" ilə 5 illik müqaviləyə imza atıb.

O, 19 nömrəli formanı götürüb. Transferin 40 milyon avroya başa gəldiyi ehtimal olunur. Bonuççi 2010-cu ildən "Yuventus"un şərəfini qoruyurdu. İtaliyalı futbolçu "qoca senyora" ilə 6 skudetti, 3 İtaliya Kuboku və Super Kubokuna sahib çıxmış, 2 dəfə Çempionlar Liqasında final oynamışdı.

Ötən mövsüm onunla baş məşqçi Massimiliano Alleqri arasında konflikt yaşanmışdı. Sonradan münasibətlər yenidən normala dönmüşdü. 


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012